Kredit İnzibatçılığı üzrə Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 08.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Sənədlər toplusu üzrə bütün lazımi sənədlərin tamlığının yoxlanılması;
  • Müqavilələrin yoxlanılması;
  • “ABS”ə daxil edilən kredit/faktorinq və ticarətin maliyyələşdirilməsi üzrə məlumatların yoxlanılması, təsdiqlənməsi və monitorinq edilməsi;
  • Müvafiq idarəetmə orqanının təsdiqindən sonra müştəri hesabına kredit/faktorinq məbləğinin köçürülməsi;
  • Girov və təminatların “ABS”də yoxlanılması, təsdiqlənməsi və monitorinq edilməsi;
  • Şöbəyə daxil olan sorğuların cavablandırılması;
  • Gündəlik edilən icra əməliyyatların yoxlanılması və təsdiqlənməsi;
  • Maliyyə arayışlarının yoxlanılması;
  • Kredit sənədlərinin tamamlanmasının yoxlanılması;
  • Şərtlərin yerinə yetirilməsi üzrə nəzarətin həyata keçirilməsi;
  • Əməliyyatların dəqiq qeydiyyatı və lazımi məlumatın elektron məlumat bazasına doldurulması;
  • Bankın effektiv kredit/faktorinq və ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların icrasına dəstək;
  • Şöbə daxilində bütün funksiyaların müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi;
  • Hər hansı kreditlə əlaqəli istənilən növ tələblərin cavablandırılması, “IFRS” üçün hesabatların hazırlanması, təminat məsələləri ilə bağlı sistemdə dəyişikliklərin edilməsi;
  • Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notarial qaydada qanuniləşdirilməsi;
  • Limitlərin ayrılması üçün bankın əməkdaşlıq etdiyi fondlarla əlaqələrin saxlanılması, fondların tələblərinə uyğun olaraq işlərin görülməsi;
  • “ABS”lə bağlı olan məsələlərin test edilməsi, texniki tapşırıqların yazılması, yeni məhsulların yaradılmasında iştirak;
  • Balansdan kənar kreditlərin silinməsi, qətnamələrin uyğunlaşdırılması;
  • MKR-ə məlumatların ötürülməsi;
  • Kredit məhsulları ilə sualların cavablandırılması;
  • Kreditin təsdiqi prosesindən sonra aidiyyəti departamentlərlə ünsiyyət;
  • Kredit məsələləri ilə bağlı bütün məlumatların məhkəmə ekspertizasına hazırlanması;
  • Tələb olunan hesabatlarının hazırlanması.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və bənzər sahə üzrə bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: “Kredit İnzibatçılığı” üzrə minimum 3 il;  
  • Lisenziya / Sertifikat: -
  • Xarici dillər: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta), Rus dili (orta);
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word, PowerPoint);
  • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.

Əlavə tələblər: Hesabat hazırlama bacarığı, analitik düşünmə, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Kredit İnzibatçılığı üzrə mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi