Satış üzrə icraçı

İşin təsviri

İşin təsviri:

  • Müştərilərə müraciət etmək və birbaşa Satışlar üzrə müdirə hesabat vermək.
  • Bir sıra müştərilərlə yaxşı münasibət təşkil etmək və saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla, işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq.
  • Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
  • Aktiv hesablardan mümkün qədər çox imtiyazlı fərdi xətt üzvlərini cəlb etmək və fərdi xətt üzvlərinə fərdi xətt kitabçasına əsasən xidmət göstərmək.
  • Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq mehmanxananın reklam-informasiya materiallarını paylamaq.
  • Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq.
  • Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək.
  • Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək.
  • Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Satışlar üzrə müdirə təqdim etmək.
  • Satışlar üzrə müdirin əvvəlcədən razılığını almaqla, lazım olduqda əsas müştəriləri əyləndirmək.
  • Gündəlik satışa dair brifinqdə iştirak etmək.
  • Şirkətin göstərişlərinə əməl etməklə, korporativ və səyahət üzrə hesabların səmərəli məlumat bazasını aparmaq.
  • Yerli otel və idarəetmə siyasətlərinə uyğun olaraq bütün digər otel qeydləri və formalarını saxlamaq.
  • Bazar tələbləri və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək.
  • Rəqiblərin satış kampaniyaları və fəaliyyətlərinin monitorinqini və təhlilini aparmaq.
  • Məhsula dair bilikləri daima yeniləmək.
  • Sənaye, şirkətin və ya otel tərəfindən tələb olunduqda, şöbənin funksiyalarında baş vermiş hər hansı dəyişikliyə uyğunlaşmaq.

Namizədə olan tələblər: 

  • Ali təhsil 
  • İctimaiyyətlə əlaqələr, satış sahəsiində 1-2 il iş təcrübəsinə malik olmaq (otel sahəsi);
  • Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
  • İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan;
  • Məsuliyyətli, təşəbbüskar olmalı, diqqətli və punktual olmaq;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış üzrə icraçı” və ya “Sales Executive” qeyd edərək CV-lərini elektron ünvanına 31.08.2022-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 

Email: [email protected]