Mühasibat uçotu sektorunda Böyük mühasib (vergi, satış və gömrük əməliyyatları üzrə)

İşin təsviri

Tələblər:

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə 3 il və daha çox aktiv təcrübənin olması;
  • Vergi qanunvericiliyi üzrə müfəssəl biliklər;
  • BTP və 1C proqram təminatından işləmək bacarığı;
  • Elektron portallarda işləmək bacarığının olması (e-sosial, e-taxes və s.);
  • MS Excel yüksək səviyyədə;
  • Mühasibatlıq sahəsində beynəlxalq sertifikatların (ACCA) olması üstünlükdür.

İş nümunələri:

  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
  • Müəssisə tərəfindən təqdim olunacaq bütün aylıq, rüblük və illik vergi hesabatların hazırlanması;
  • Vergi orqanlarından daxil olan məktub və sorğuların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Satış və idxal-ixrac əməliyyatları üzrə sənədləşmələrin aparılması və 1C ERP proqram təminatına işlənməsi;
  • E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması, eləcə də gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə gəlirlər, xərclər və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılması və 1C ERP proqram təminatına işlənilməsi;
  • Vergi və Mühasibatlığa aid olan qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi.

İstirahət vaxtı: şənbə, bazar

İş rejimi: 5 gün

Həftədə 40 saat

Əmək haqqı: 1500 AZN

Uyğun namizədlərdən CV-lərini mail ünvanına mövzu yerinə “Böyük mühasib (vergi, satış və gömrük əməliyyatları üzrə)” qeyd edərək göndərmələri xahiş olunur.

Email: [email protected]