Feldşer

İşin təsviri

tibƏsas öhdəliklər:

  • İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək
  • Zərurət yarandıqda tibbi yardım üçün müraciət etmiş şəxsləri aidiyyəti üzrə tibbi müalicə-profilaktika müəssisələrinə yönləndirilməsini təmin etmək
  • Yeni işə qəbul edilmiş işçilər üçün sağlamlıq pasportunun açılmasını, vaxtaşırı yenilənməsini və dövrü tibbi müayinələrin nəticələrinin qeyd olunmasını təmin etmək
  • Dövrü tibbi müayinəyə cəlb ediləcək işçilərin siyahısını (peşələr üzrə) tərtib etmək və həmin işçilərin vaxtaşırı tibbi müayinəyə cəlb olunmasını təmin etmək
  • Ofislərdə, yeməkxanalarda, məişət və sanitariya-gigiyena otaqlarında gigyenik şəraitə nəzarət etmək
  • Prosedur kabinetində tibbi və təsərrüfat ləvazimatlarını qorumaq və lazımi səviyyədə saxlamaq
  • İlkin tibbi yardım manipulyasiyalarını yerinə yetirmək və bu barədə işçilər üçün vaxtaşırı təlimlər təşkil etmək
  • Gündəlik olaraq sürücü və operatorları reysqabağı tibbi müayinədən (alkotester, qan təzyiqi, hərarət və s.) keçirtmək
  • Dərman preparatlarını və zəruri tibbi ləvazimatları qəbul edib, onları prosedur kabinetində düzgün saxlayıb, xəstələrə təyinata uyğun vermək
  • Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və istifadə müddətlərinə nəzarət etmək

Əsas tələb:

  • Tibbi kollec və ya ali tibbi təhsil
  • Vəzifə üzrə 1-3 il təcrübə
  • Orta səviyyədə MS Office biliyi

Əlavə məlumatlar:

  • İş yeri – Binəqədi rayonu, Sulutəpə qəsəbəsi (Pepsi anbarı)
  • Tibbi sığorta
  • Korporativ nömrə
  • Peşəkar təlimçi tərəfindən təlimlər

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Feldşer” qeyd etməklə göndərə bilərsiniz

Email: [email protected]

İşəgötürənin reytinqi