İT menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kompüterlərin və təşkilatı texnikanın daim işlək vəziyyətdə saxlanmasını təmin edir;
  • Lokal kompüter şəbəkəsinin fasiləsiz işləməsi və saz vəziyyətdə saxlanmasını təmin edir, şəbəkə və informasiya təhlükəsizliyinin inkişafı üçün ardıcıl tədbirlər görür; 
  • Videomüşahidə (CCTV) quraşdırılmasına, sazlanmasına və onlara texniki xidmət işlərinə nəzarət edir; 
  • Şirkət üzrə informasiya sistemlərinin qurulmasını, onların etibarlı və davamlı fəaliyyətini, təhlükəsizliyini və işlək vəziyyətdə saxlanmasını, dövri yenilənməsini təmin edir; 
  • Şirkətin kompüter və server avadanlıqlarında istifadə olunan ümumi təyinatlı proqram təminatının işlək vəziyyətdə saxlanmasını və onun dövri yenilənməsini təmin edir;
  • İnformasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər və təhlillər aparır, həmin məsələlərin həlli üzrə təkliflər hazırlayır, aşkar edilən problem və nasazlıqları aradan qaldırır;
  • Şirkətin informasiya sistemlərindən fasiləsiz istifadənin təmin edilməsi məqsədi ilə dəstək xidmətini təşkil edir və s.

Vakansiya tələbləri:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
  • Özünü inkişafa meyillilik, ünsiyyət, komandada işləmə, problem həlletmə bacarıqları. 

Əlavə məlumatlar:

  • İş qrafiki: I-V günlər  09:00-18:00
  • İş yeri: Bakı ş., “Kaspi” Təhsil Şirkəti 

Maraqlananlar aşağıdakı linkdən daxil olaraq İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. 

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq

https://www.kaspi.edu.az/career/