Korporativ satış və texniki xidmət üzrə mütəxəssis (Avtomobil servisi bölməsi)

İşin təsviri

İş haqqında məlumat:

  • Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılması;
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
  • Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
  • Ümumi fəaliyyətə dair şöbə rəhbərinə hesabatların verilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Yaş: 25-35
  • Korporativ satış üzrə 2 il iş təcrübəsi
  •  Azərbaycan dilində səlis danışıq
  • Rus və ya ingilis dilində sərbəst ünsiyyət qurmağı bacarmalıdır.
  • Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmaq  
  •  Təqdimat bacarığının olması
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

İş şərtləri:

  • Həftədə 5 iş günü, saat 09:00-18:00
  • Əmək haqqı: 800-1000AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və texniki xidmət üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]