Baş qəbuledici

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Avtomobillərin qəbulu və qəbuledicilərin işinin təşkil olunması; 
  • Servisə daxil olan avtomobillərin qəbulu və müştərinin müraciətinə uyğun olaraq müvafiq təmir bölməsinə yönləndirilməsi;
  • Servisə qəbul olunmuş avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
  • Avtomobilin təmirinin icrasına nəzarət;
  • Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi.

Tələblər:

  • Ali təhsil ( ali texniki təhsil);
  • Yaş: 25-40;
  • Müvafiq sahədə  3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis (rus və ingilis dillərini bilənə üstünlük veriləcəkdir);
  • Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
  • Analitik təhlil və idarəetmə bacarığı olmalı;
  • Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
  • Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: Xidmət göstərilmiş avtomobillərə görə bonuslarla birlikdə 1200-1500 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Baş qəbuledici” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.