Kredit Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis / Baş Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 02.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
  • Bütün kredit məhsulu seqmentləri üçün qiymətləndirmə modellərinin və risk mühərriklərinin inkişaf etdirilməsi və davamlılığının təmin edilməsi;
  • Gündəlik, yarımillik və illik əsasda MHBS-a uyğun olaraq “Kredit Zərərləri Ehtiyatı”nın vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
  • Yerli tənzimləyici qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
  • Kredit riski limitlərinin hesablanması və limit siyasəti və çərçivə yeniləmələri üçün tövsiyələrin verilməsi;
  • Kredit dövriyyəsi ilə əlaqəli layihələrdə iştirak və risklərin nəticələrinə effektiv inteqrasiyasının təmin edilməsi;
  • Bank aktivləri portfelinin və kredit risk profilinin yaxşılaşdırılması üçün analitik yanaşmalardan istifadə;
  • Nəzarət limitləri, yuxarı həddləri və əsas risk göstəriciləri kimi etalon ölçülər daxil olmaqla, Risk Tolerantlığına dair baxış bucağının təqdim edilməsi və riskə uyğunlaşdırılmış gəlirləri artırmaq üçün diversifikasiya edilməsinin təmin edilməsi;
  • Kredit portfelində yaranan risklər barədə bankın rəhbərliyinə dərhal məlumatın ötürülməsi;
  • Maliyyə Hesabatlarında risklərin vaxtında və ehtiyatlı şəkildə əks etdirilməsinin idarəedilməsi;
  • Qərar vermə prosesinə inteqrasiya olunmaq üçün proqnozlaşdırıcı, qabaqlayıcı və proaktiv kredit riskinin idarəedilməsi alətlərinin işlənib hazırlanması və davamlılığının təmin edilməsi;
  • Mümkün kredit itkilərinin və kredit öhdəliklərinin yerinə yetirilməməsinin qiymətləndirilməsinə cavabdehlik;
  • Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsii və risk imkanlarının səviyyəsinin artırılması;
  • Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr təhsili
  • İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahədə minimum 1-2 il mütəxəssis üçün, baş mütəxəssis üçün 3-4 il
  • Xarici dil: İngilis dili (səlis)
  • Lisenziya/ Sertifikat: CFA, FRM və maliyyə ilə bağlı sertifikatlar
  • Kompüter bilikləri: Microsoft Office (Python, R kimi proqramlaşdırma dillərini bilməsi üstünlükdür)

Digər:

  • Bazar haqqında məlumatlı olmaq
  • Komanda işi
  • Problem həll etmə bacarıqları
  • Münaqişəli vəziyyətlərin idarəedilməsi
  • Kredit riskləri yarada biləcək nəzəri halların KOS və İri Həcmli bizneslərə tətbiqini həyata keçirmək bacarığının olması, bazar haqqında məlumatlı olmaq

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Kredit Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis / Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.

Email: [email protected]

İşəgötürənin reytinqi