Online layihə koordinatoru

  • Online Project
  • Elanın qoyulma tarixi: 28.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyi işlər:

  • Yeni satış platformalarında qeydiyyat, məhsulların yerləşdirilməsi
  • Yeni satış imkanlarının tapılması (məhsul axtarışı) 
  • İstehsalçılar ilə danışıqlar, alış prosesi, çatdırılma prosesinə nəzarət
  • Məhsulların reklamlarının yaradılması və yerləşdirilməsi (rəqəmsal, dizayn və s. bacarıqları lazım deyil, sifariş verib işə nəzarət edəcəksiniz)
  • Digər işlər

Namizədə dair tələblər:

  • Beynəlxalq satış platformalarında satış hesabı işlədilməsi üzrə təcrübə arzuolunandır (Amazon, eBay və s.) 
  • İngilis dilini yaxşı bilməli (bütün işlər və partnyorlarla yazışmalar bu dildədir)
  • Rus dilini bilməsi üstülnükdür (rusiyada satış platformalarında işi genişləndirmək planı var)
  • Əla araşdırma bacarığı (onlayn)
  • Analitik düşüncə bacarığı
  • Rəqəmsal sahədə marağı olan
  • Biznesə sahib çıxmaq istəyən, işə öz biznesi kimi yanaşacaq insan

Əmək şəraiti:

  • Əmək haqqı: 700 AZN + Yeni layihələrin ümumi gəlirindən faiz (1.5%) 
  • Cavan və pozitiv kollektiv
  • Daim inkişaf, yeni biliklər, hər il əməkhaqqının artımı (illik hədəflər vurularsa) 

İş saatları:

  • Ara günlər 10:00-19:00
  • Altıncı gün (ofisə gəlməyə ehtiyac yoxdur) 10:00-14:00 
  • Ayda bir neçə dəfə evdən işləmə imkanı 

CV-lərinizi mövzu sətrində "Layihə koordinatoru" qeyd edərək elektron poçt ünvanına 5 Avqusta qədər göndərin.

Məktubun mövzusunda MÜTLƏQ "layihə koordinatoru" qeyd edin.

Email: [email protected]