İşin təsviri
Vəzifə öhdəlikləri:
- Sifarişlərin vaxtında və effektiv çatdırılmasının təşkili, yaranan problemləri (gecikmələr, sənədlərin düzgün idarə olunması, boş maşınların əraziyə buraxılmaması və s.) yerində həll edilməsi
- Ən optimal nəqliyyat yolunu (marşrutunu) təyin etmək, gələcəkdə nəqliyyatın idarə olunması sisteminin tətbiqini təşkil etmək
- Nəqliyyat vasitələrinin effektiv və səmərəli şəkildə idarə olunması (alınması, saxlanılması, istismarı və s)
- Satış və digər aidiyyəti strukturlarla sıx işləyərək sifarişlərin mütəmadi planlanması
- Çatdırılma bölmələri üzrə KPİ-ların tətbiq edilməsi və təqibi
- Bütün nəqliyyat növləri ilə yüklərin daşınmasının iqtisadiyyatı və təşkili
- Məhsulun paylanması prinsipləri
Tələblər:
- Ali təhsil
- Logistika idarəçəliyi sahəsində ən azı 3 il iş təcrübəsi
- MS Office proqramları (xüsusilə Excel)
- Şəxsi nəqliyyat vasitəsinin olması mütləqdir
İş yeri Sumqayıtda yerləşir
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını müraciət etdiyiniz regionu qeyd etməklə “Logistika üzrə mütəxəssis (Lənkəran, Şirvan) ” adı ilə göndərə bilərsiniz.
Email: [email protected]