Anbardar

  • Cronos MTK
  • Elanın qoyulma tarixi: 27.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Minimum 3 il anbardar vəzifəsi üzrə  iş təcrübəsi olmalı;
  • Müəssisədə anbar uçotunun forma və metodlarını, daxilolmalar və anbarlar arası müxabirləşmələr etməyi bilməli;
  • İlkin sənədləşmələri, material hərəkəti barədə dövriyyə cədvəlləri hazırlamağı bilməli;
  • 1C və ya Office proqramlarında (Excell, Word və s.) 
  • Materialların yerləşdirilməsi və saxlanılması, xidməti otaqların mühafizəsi üzrə təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməli.
  • İnventarlaşdırmanın aparılması qaydalarını bilməli.
  • Müxtəlif material qiymətlilərinin partiyalarının texnoloji sənədlər üzrə komplektləşdirilməsini bilməli
  • Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.

Vəzifələr:

  • Materialların uçotunu aparmaq;
  • Əsas vəsaitlərin, avadanlıq və alətlərin uçotunu aparmaq;
  • Alış qaimələrini proqrama işləmək;
  • Anbar hərəkətlərini proqrama işləmək;
  • Anbarlararası yerdəyişmələri proqrama işləmək;
  • Material istifadələrini və silinmələri proqrama işləmək;
  • Anbar qalıqlarını aylıq inventarisiya etmək, dəftərlər və proqram məlumatları ilə üzləşdirilmək;
  • Əsas vəsaitlərin, avadanlıq və alətlərin mütəmadi inventarsizasiyasını aparmaq;
  • Material alışı üzrə tələbnamələri proqrama işləmək, sifariş olunmuş materialın anbar qalıqlarında varlığını yoxlamaq və təchizat şöbəsinə məlumat vermək;
  • Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib etmək
  • Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların düzgün saxlanılmasını təşkil etmək
  • Material qiymətlilərini sifarişlər üzrə komplektləşdirmək
  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlamaq.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş rejimi (I - V günlər 09:00 - 18:00, VI gün 10:00 – 16:00);
  • Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə CV formasını email adresinə göndərə bilərlər.

Email: [email protected]

Cronos MTK tərəfindən digər vakansiyalar