GPS sistemlərinə texniki dəstək üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • GPS və digər avadanlığın konfiqurasiyası və quraşdırılması;
  • Nəqliyyat vasitələrinin dayanma-durma hallarına nəzarət edilməsi;
  • Quraşdırma-servis işlərinin görülmüş işlərin şablonları əsasında və alınmış tapşırığa uyğun həyata keçirilməsi;
  • İşlərin görülməsi zamanı filial/zavod nümayəndələri ilə əlaqə yaradılması;
  • GPS sistemlərinin texniki monitorinq edilərək nasaz avadanlıqların aşkarlanması;
  • Quraşdırılmış GPS avadanlıqlarına müdaxilələrin aşkarlanması və aktlaşdırılması;
  • GPS avadanlıqlarının işləmə fasiləsizliyinin və təhlükəsizliyinin təmin edilməsi;
  • GPS texniki sistemlərinin təkmilləşdirilməsi üzrə rəhbərliyə təkliflərin verilməsi;
  • Müvafiq formaların doldurulması və imzalanması ilə işlərin təhvil-təslimi;
  • Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi;
  • GPS quraşdırılmış avadanlıqlara nəzarət.

Tələblər:

  • Ali təhsil;
  • MS ofis proqramlarını yüksək səviyyədə bilməli;
  • Data analizi haqqında məlumatlı olmalı;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etməli;
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamalı.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/job/gps+sistemlerine+texniki+destek+uzre+qrup+rehberi+1?sources=Jobseacrh.az