İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Tabeliyində olan işçilərin işinə nəzarət və iş bölgüsünün aparılması;
 
	- Görüləcək işlərin iş planının elektron formada hazırlanması və nəzarət edilməsi;
 
	- Avadanlığın quraşdırma və servis xidməti işlərinin yerinə yetirilməsi;
 
	- Elektron izləmə proqram təminatının konfiqurasiya edilməsi;
 
	- Görülən işlərin aktlarının hazırlanması və nəzarət edilməsi;
 
	- GPS nəzarət sistemləri ilə bağlı təkliflərin verilməsi;
 
	- İşlərin görülməsi zamanı filial/zavod nümayəndələri ilə əlaqə yaradılması;
 
	- GPS sistemlərinin texniki monitorinq edilərək nasaz avadanlıqların aşkarlanması və prosesin avtomatlaşdırılması;
 
	- Avadanlıqlara müdaxilələrin aşkarlanması, aktlaşdırılması və tədbirlərin görülməsi;
 
	- Avadanlıqların işləmə fasiləsizliyinin və təhlükəsizliyinin təmin edilməsi;
 
	- Texniki sistemlərinin təkminləşdirilməsi üzrə rəhbərliyə təkliflərin verilməsi;
 
	- Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi;

 
Tələblər:
	- Bu sahədə minimum 2 il təcrübə;
 
	- MS ofis proqramlarında sərbəst işləmək bacarığı;
 
	- Avadanlığın texniki xüsusiyyətlərini bilməli;
 
	- Quraşdırma avadanlığına aid texniki tələbləri bilməli;
 
	- Alətlərin istifadəsi ilə kabellərin çəkilməsinin və bərkidilməsinin qaydalarını bilməli;
 
	- Elektronikanın əsaslarını bilməli.
 
Səriştələr:
	- Məsuliyyətli
 
	- Şəxsi inkişafa meylli
 
	- Pozitiv
 
	- Özünütəşkiletmə qabiliyyəti
 
	- Nailiyyət yönümlülük
 
	- Etibarlılıq
 
	- Dürüstlük
 
Əlavə məlumat:
	- Əmək haqqı razılaşma əsasında; 
 
	- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
 
	- İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
 
	- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
 
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
https://hr.mktcotton.com/job/gps+sistemlerine+texniki+destek+uzre+qrup+rehberi+1?sources=Jobseacrh.az