Hüquq Məsləhətçisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 09.02.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Vəzifə: Bank fəaliyyətinin hüquqi təminatı şöbəsinin hüquq məsləhətçisi

 

Əmək haqqı: 1210 AZN

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə

Şəhər: Bakı

 

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 

-    Ali hüquqi təhsil;

-   Təsərrüfat subyektlərin kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində ən azı          2 (iki) il iş təcrübəsinin olması;

-    Azərbaycan Respublikasının qanunvericilik və normativ - hüquqi aktlarını bilməsi;

-    Azərbaycan Respublikası mülki, mülki - prosessual, əmək, inzibati və vergi hüququnun əsaslarını bilməsi;

-    Kargüzarlığın əsaslarını bilməsi;

-    Mülki - hüquqi əqdlərin bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;

-    Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;

-    Bankda hüquqi işin, o cümlədən məhkəmə işlərini aparma təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək;

-    Azərbaycan və Rus dillərində səlis, mükəmməl danışıq qabiliyyəti (İngilis dili bilənlərə üstünlük veriləcək)

-    Kompüter bilikləri: Microsoft Office 2007, Microsoft Windows 7

 

 

 İŞİN TƏSVİRİ:

 

-        Məhkəmə, dövlət hakimiyyət və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;

-        Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanılması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanılması;

-        Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrin hazırlanılması, bankın kontraqentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə bankın hüquq və mənafelərinin qorunması, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan dəyişikliklərin edilməsi;

-        Hüquq idarəsinə viza qoymaq üçün təqdim edilən və bank tərəfindən bağlanması nəzərdə tutulan müqavilələr üzrə hüquqi rəylərin verilməsi;

-        Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanılması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında lazımı köməyin edilməsi;

-        Normativ - hüquqi sənədlər bazasının aktual vəziyyətdə olmasının təmin edilməsi;

-        Bankda müştərilərə hesabların açılması qaydasına riayət olunmasına nəzarət etmək;

-        İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanılmasını həyata keçirmək;

-        Hüquq idarəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunun aparılması.

 

 

Əlaqə üçün şəxs: Faiq Ağamoğlanov

 

E - mail:         [email protected]

Telefon:         (012) 404 43 43

Faks:               (012) 404 43 34

 

İşəgötürənin reytinqi