Qrafik dizayner

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Marketinq şöbəsinin hər kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanın yaradılması və proseslərin yerinə yetirilməsi; 
  • Şirkətin brend təlimatları çərçivəsində yüksək vizual təsirli materialların istehsalı və çatdırılması üçün tələb olunan bütün dizayn mənbələrinin, iş həcminin müəyyən edilməsi və dəstək;
  • Brendin idarə edilməsində və konsepsiyanın hazırlanmasından başlayaraq layihənin firma və lisenziyalı məhsullarının və kampaniyalarının reallaşdırılmasına qədər kreativ inkişafında şöbənin rəhbərinə dəstək;
  • Layihə tapşırıqlarının istehsalında Marketinq şöbənin rəhbərinə dəstək;
  • Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi 
  • Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin görülməsi; brand book, jurnal, korporativ və promo məhsulların, buklet, flayerlərin, kataloqların və vizitkartların dizaynı
  • Video çarxların təqdimatı və əlavə video/foto məzmunun təqdimatı üçün əsas vizual təsvirlərin, animasiya qrafiklərinin yaradılması;
  • SMM postları üçün qrafik və motion dizaynların hazırlanması
  • Dizayn üçün lazım olan foto və video kontentin toplanması
  • Proqram təminatı məhsullarının UI/UX interfeyslərinin mövcüd dizaynlarının inkişaf etdirilməsi 
  • Dizaynlardakı problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması
  • Mobil tətbiqetmələrin, saytların və web interfeyslərin layihə və dizaynının hazırlanmasında "reviewer" olaraq iştirak edilməsi və dizayn yığıldıqdan sonra, onun yoxlanılması

Tələblər:

  • Təhsil: Ali
  • Təcrübə: 1 il
  • Sertifikatlar: Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə təlimlərə aid sertifikatlar arzu olunandır
  • Dil bilikləri: Azərbaycan – Səlis ünsiyyət bacarığı;
  • Texniki biliklər:
  • Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
  • MS Office proqramları.
  • Çap və web ( social media paylaşımları)  materialları hazırlama bacarığı
  • Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə işləmə bacarğı

Səriştə və bacarıqlar:

  • Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
  • Sərbəst araşdırmalar etməyi bacarmalı.
  • Analitik və kreativ zəka, insanlarla işləmək qabiliyyəti;
  • Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar;
  • Photoshop, Illustrator, After Effects proqramlarında işləmək bacarığı

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/qrafik-dizayner?sources=jobsearch.az