Tərcüməçi / İnzibati köməkçi

İşin təsviri

Vəzifə öhdəlikləri:    

  • Rəhbərliyin iştirak etdiyi iclaslarda və onlayn görüşlərdə sinxron tərcümə fəaliyyətini yerinə yetirmək;
  • Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək, müvafiq üslubu gözləmək, tam peşəkar səviyyədə işi təhvil vermək;
  • Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
  • Məxfi məlumatlarla işləmək, onların gizliliyini qoruyub saxlamaq;
  • Müvafiq inzibati işlərin icrası (rəhbərin təqvimini idarə etmək, görüşləri təşkil etmək və s.)

Namizədə dair tələblər:

  • Bakalavr dərəcəsi;
  • Sinxron tərcümə sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Yüksək sinxron tərcümə etmə qabiliyyəti;
  • Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq;
  • İngilis və Türk dillərini yazılı və şifahi olaraq əla səviyyədə bilmək;
  • Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli olmaq;
  • Yüksək səviyyətə ünsiyyət bacarığına sahib olmaq;
  • Detallara diqqətli olmaq.

Maraqlanan namizədlər email ünvanına "Tərcüməçi / İnzibati köməkçi" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]