Proqram təminatının testləşdirilməsi üzrə mühəndis (QA tester, Rəqəmsal İnnovasiyaların tətbiqi)

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 03.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı 
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Biznes proseslərin manual testini avtomatlaşdırmaq;
  • Servis testlərini icra etmək;
  • Manual testləri icra etmək;
  • Test keys və Test planını hazırlamaq;
  • Test avtomatlaşdırılan proseslərin monitorinqini həyata keçirmək;
  • Servis testlərini avtomatlaşdırmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Minimum bir il iş təcrübəsinə;
  • Bank prosesləri barədə bilik və təcrübəyə (arzuolunandır);
  • Java proqramlaşdırma dili üzrə təcrübəyə;
  • Oracle, MySql, PostgreSQL üzrə təcrübəyə;
  • QA(Manual - Avtomatlaşdırılma) Test sahəsi üzrə biliklərə;
  • CI sahəsi üzrə Jenkins ve ya Bamboo sahəsi üzrə biliklərə;
  • BPM / Ibus üzrə biliklərə (üstünlükdür).
  • Postman ve SOAPUI bilən və təcrübəyə;
  • Selenium ve Appium bilən və təcrübəyə sahib olan şəxsdir. 

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi