İşin təsviri
İş haqqında məlumat:
- Nəzarətçi mağazaya daxil olan müştəriləri qəbul edir, hal-hazırda pandemiya ilə əlaqədar olaraq müştərilərin hərarətlərini ölçür və tibbi maskadan düzgün istifadə etməsinə nəzarət edir;
- Müştərilərin iri çanta ilə satış salonuna daxil olmasına icazə vermir;
- Satış salonunda baş verən qanun pozuntularının qarşısını alır;
- Kassirlərin düzgün işləməsinə nəzarət edir;
- Müştərilərin aldığı malların qaytarılmasında iştirak edir;
- Müştərilərin aldıqları məhsulun kassa nəzarətindən yayınmamasının qarşısını alır;
- Müştərilərin mağazada unutduğu məhsulları və yaxud əşyaları jurnalda qeyd edib mağaza administratoruna təhvil verir;
- Mağazanın açılışında və bağlanmasında iştirak edir
Namizədə olan tələblər:
- Dürüstlük, dəqiqlik və çeviklik;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Məsuliyyətli, nizam-intizamlı olmalıdır;
- Hərbi mükəlləfiyyətli;
- Yaş həddi: 20 – 35 yaş;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- Nəzarətçi vəzifəsində iş təcrübəsi arzu olunandır
İş şəraiti:
- 6 günlük növbəli iş qrafiki;
- Şirkət hesabına nahar;
- Rəqabət yönümlü əmək haqqı;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəliş imkanı.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
https://glorri.com/bizimmarket/6214da80b59b6fd4a1c329a7-N%C9%99zar%C9%99t%C3%A7i?sources=jobsearch