Junior Product Owner / Digital Financing

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 24.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Rəqəmsal kreditləşdirmə dəyər təklifi və biznes prosesi strategiyaları ilə bağlı işlərin işlənib hazırlanması və icrası
  • Məhsul strategiyasının epic/tapşırıqlara çevirməsi və  əldə olunan dəyərin maksimallaşdırılması istiqamətində prioritetləşdirilməsi; 
  • Prioritet epic/story-lərin həyata keçirilməsinə və satış üçün maneələrin aradan qaldırılmasına diqqət yetirmək.
  • Məhsulun başdan-sona (e2e) dəyər təklifi, satış və  icrasının təmin və idarə edilməsi
  • Rəqəmsal Factoring və Ödəniş qarantiyası məhsullarının strategiyasının işlənib hazırlanır və biznes məqsədlərinə çatmaq üçün onun icrası;  Rəqəmsal kreditləşmə prosesinin idarə edilməsi.
  • Rəqəmsal Kreditləmə satışlarını artırmaqla KOS müştərilərinə rəqəmsal kreditləşdirmə məhsulları və xidmətlərinin müxtəlif, uyğunlaşdırılmış təkliflərini yaratmaq məqsədilə bankdaxili səmərəli əməkdaşlıq.
  • Sənədlərin, kompüterlərin, faylların və bütün məxfi məsələlərin bankdaxili nəzərdə tutulduğu kimi müvafiq qaydada idarə olunmasını təmin etməklə həssas müştəri və bank məlumatlarının qoruyunması.
  • Fırıldaqçılığın qarşısının alınması.
  • Rəqabətlilik mənzərəsini başa düşmək və kredit biznesində bank imkanlarını müəyyən etmək üçün bazarın araşdırılması.
  • Risklərin idarə edilməsi. Təhlükəsiz, sağlam və müştəri mərkəzli kreditləşdirmə təcrübələrini, davamlı risk modellərinin təkmilləşdirilməsini və rəqəmsal kreditləşdirmə standartlarının ümumi rəhbərliyinin təmin edilməsi.
  • Bank prosedurlarına uyğunluq.
  • Mütəmadi olaraq hesabat vermək və rəhbər tərəfindən verilən digər tapşırıqların icrası

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • 1-2 il məhsul inkişafı üzrə peşəkar təcrübə  (biznes və ya İT)
  • Güclü analitik və kredit risklərinin idarəedilməsi bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı 
  • Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı 
  • Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (maliyyə, əməliyyat, texnologiyaç risk, rəqəmsal firildaqçılıq, monitoring və s.)
  • Komandada işləmə bacarığı; 
  • Problemləri həll etmə bacarığı;
  • Konfliktlərin idarəedilməsi; 
  • Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
  • Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqların olması; 
  • Azərbaycan dili – səlis
  • İngilis dili – orta (min. Intermediate)

 

[email protected]

İşəgötürənin reytinqi