Əməyin mühafizəsi üzrə mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Büronun inzibati iş sahəsində texniki qəza və bu sahə üçün təhlükə törədə biləcək digər hallara qarşı profilaktik mübarizə tədbirlərinin həyata keçirilməsini, inzibati sahənin mühafizəsini etibarlı və təhlükəsiz şəkildə təminini, bu sahənin sanitar-gigiyena qaydalarına uyğun saxlanması, istismarı, gigiyenik normalara riayət olunmasının təşkilini və onlara nəzarəti həyata keçirtmək;
  • İş yerində Büronun işçiləri tərəfindən əməyin mühafizəsi üzrə vəzifələrinin icrasına nəzarət etmək;
  • Avadanlıqların və iş sahəsinin yerləşdiyi binanın aidiyyatı sahəsinin təhlükəsiz qayda, norma və standartların tələblərinə uyğun olmasına nəzarət etmək;
  • Genişləndirilməkdə, yenidən qurulmaqda olan sahələrdə onların istismara buraxılması üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair tədbirlərin daxil edilməsinə nəzarət etmək;
  • Büroda baş verən bədbəxt hadisələrin səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlayır və onların həyata keçirilməsini təşkil etmək;
  • İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil edir, Büronun sənədlərinin əməyin mühafizəsi və təhlükəsizlik norma və qaydalarına uyğun tərtib edilməsində iştirak etmək.
  • Binanın və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
  • Büronun şöbələrində, digər struktur bölmələrində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsində iştirak etmək;
  •  Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-gigiyenik rejimə riayət edir. Büronun fəaliyyətinə və işçilərinə təhlükə yaradan təhlükəsizlik texnikası qaydalarının pozulmasının aradan qaldırılması üzrə operativ tədbirlər görmək.

Tələb olunan səriştələr:

  • Ali təhsil
  • MS ofis proqramlarında işləyə bilmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (yaxşı)

Əmək haqqı: razılaşma yolu ilə          

Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.

Email: [email protected]