Qızıl otağının baş nəzarətçisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 22.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Qızıl otağında aparılan elektroliz prosesinə uyğun vannaların prosesə hazırlanmasına nəzarət;
  • Vannalarda (anod və katod) yuyulma prosesinin aparılmasına nəzarət;
  • Xammalın (şlam) presdən yığılmasına və qurudulmasına nəzarət etmək;
  • Əritmə sobasına nəzarət edilməsi, əritmə prosesinə hazırlıq və əritmə prosesində iştirak etmək;
  • İstehsal olunan külçələrin təmizlənməsi və nömrələnməsinə nəzarət;
  • Fərdi mühafizə vasitələrindən düzgün təyinatı üzrə istifadə etmək;
  • Kimyəvi qarışıqların hazırlanmasını təşkil etmək;
  • Fövqəladə hal zamanı qabaqlayıcı tədbirlər görmək;
  • Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasında iştirak etmək;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali və ya orta ixtisas təhsili (metallurgiya və ya kimyaçı mühəndis ixtisasları üzrə)
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

 

https://careers.azergold.az/vakansiya/qizil-otaginin-bas-nezaretcisi-covdar-filiz-emali-sahesi-emeliyyat-bolmesi

İşəgötürənin reytinqi