Showroom Satıcı

İşin təsviri

Universal MMC tikinti materialları sektorunda 8 ildir fəaliyyət göstərrir və xaricdə  istehsal olunub Azərbaycana idxal olunan tikinti materialları,  həmçinin neft-qaz sənayesi üçün avadanlıqların satışı ilə məşğuldur.
2010-cu ilin may ayından bizim şirkət dünyanın bir neçə  tanınmış şirkətlərinin rəsmi nümayəndəsi olaraq Azərbaycanda fəaliyyət göstərir.
Universal şirkəti Showroom satıcı vakansiyasını elan
Satıcı

İş barədə məlumat

- Müştərilərin qarşılanması, məhsulların təqdim olunması və ümumi satış prosesinə nəzarət etmək
- Vitrinlərin səliqəyə salınması və təhkim olunmuş ərazinin ümumi görünüşünə nəzarət etmək
- İş prosesində ortaya çıxan problemləri həll etmək və yaxud təkliflər irəli sürmək
- Müdriyyət tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
Namizədə tələblər
- Ali təhsil (İqtisadiyyat yönümlü)
- MS Office bilikləri (1C proqramını bilənlərə üstünlük verilir)
- Azərbaycan, Rus, Türk dilində sərbəst danışıq bacarığı (ingilis dilini bilənlərə üstünlük verilir);
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Ünsiyyət və İnandırma bacarığı
- Məhsulu yüksək səviyyədə təqdim etmə qabiliyyəti
- Vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti

Digər tələblər

-Sürücülük vəsiqəsi “B”
-Şəxsi avtomobili olanlara üstünlük verilir.

Maaş: 300-500 AZN
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində “Satıcı” qeyd etməklə  [email protected] -mail ünvanına göndərmələri xahiş olunur.