Daxili audit və nəzarət şöbəsinin müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Agentliyin daxili audit siyasətinin və strategiyasının müəyyən edilməsində iştirak etmək, iş və tədbirlər planlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Şöbənin fəaliyyət istiqaməti üzrə aydın və uzunmüddətli audit planını (strategiyanın) və praktiki audit proqramını hazırlamaq;
  • Daxili audit və daxili nəzarət üzrə metodologiyanın və daxili audit qaydalarının layihələrini hazırlamaq;
  • Audit olunmalı fəaliyyətləri müəyyən etmək, onların vacibliyini qiymətləndirmək və müvafiq meyarlara əsaslanaraq riskin dərəcəsini təyin etmək;
  • Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
  • Daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Agentliyin struktur bölmələrinin xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
  • Agentlikdə mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
  • Agentliyin daxili audit siyasətinin və strategiyasının, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

Tələblər:

  • Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə)
  • İxtisası üzrə ən azı 6 il, müvafiq sahə üzrə rəhbər vəzifədə isə ən azı 4 il iş stajı
  • Microsoft Excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından sərbəst istifadə bacarığı
  • Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).

Vakant vəzifə ilə maraqlanan şəxslər CV-lərini e-poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit – şöbə müdiri) qeyd edin.

Müraciətin mövzu hissəsində vakansiyanın adını (Daxili audit və nəzarət şöbəsinin müdiri) qeyd etməniz xahiş olunur.

Email: [email protected]