Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat və audit sahəsində)
  • Kompüter bilikləri: MS Office, 1C
  • Dil bilikləri: Rus dili və ingilis dili
  • Yaş: 25-35;
  • İş təcrübəsi: müvafiq sahədə minimum 1 il

Vəzifə öhdəlikləri:

  • Qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi, uyğunsuzluqların və yaxud saxtakarlıq əlamətlərinin aşkara çıxarılması;
  • Daxili və xarici bütün satınalma, təchizat prosesləri üzrə sənədli yoxlamanın təşkili, digər alternativ tədarükçülərin analoji mallar üzrə bazar satış qiymətlərinin araşdırılması və müqayisəli təhlillərin aparılması;
  • Xidmət göstərən kənar təşkilatlar üzrə bütün proseslərə dair yoxlamanın təşkili və digər analoji xidmətlərlə müqayisəli təhlillərin edilməsi;
  • Cəmiyyət üzrə bütün təsərrüfat və digər xərclərinin analizi, səmərəliliyi və uyğunluğunun yoxlanması;
  • Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nətəcələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabatın və uyğun tədbirlər planının hazırlanması, rəhbərliyə təqdim edilməsi.

Əlavə təminatlar:

  • Nahar
  • Korporativ nömrə
  • Servis xidməti

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü

Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyatlara Nəzarət üzrə Aparıcı Mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi