İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- GPS və digər avadanlığın konfiqurasiyası və quraşdırılması;
 
	- Nəqliyyat vasitələrinin dayanma-durma hallarına nəzarət edilməsi;
 
	- Quraşdırma-servis işlərinin görülmüş işlərin şablonları əsasında və alınmış tapşırığa uyğun həyata keçirilməsi;
 
	- İşlərin görülməsi zamanı filial/zavod nümayəndələri ilə əlaqə yaradılması;
 
	- GPS sistemlərinin texniki monitorinq edilərək nasaz avadanlıqların aşkarlanması;
 
	- Quraşdırılmış GPS avadanlıqlarına müdaxilələrin aşkarlanması və aktlaşdırılması;
 
	- GPS avadanlıqlarının işləmə fasiləsizliyinin və təhlükəsizliyinin təmin edilməsi;
 
	- GPS texniki sistemlərinin təkmilləşdirilməsi üzrə rəhbərliyə təkliflərin verilməsi;
 
	- Müvafiq formaların doldurulması və imzalanması ilə işlərin təhvil-təslimi;
 
	- Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi;
 
	- GPS quraşdırılmış avadanlıqlara nəzarət.
 
Tələblər:
	- Ali təhsil;
 
	- MS ofis proqramlarını yüksək səviyyədə bilməli;
 
	- Data analizi haqqında məlumatlı olmalı;
 
	- Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etməli;
 
	- Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamalı.
 
Səriştələr:
	- Məsuliyyətli
 
	- Şəxsi inkişafa meylli
 
	- Pozitiv
 
	- Özünütəşkiletmə qabiliyyəti
 
	- Nailiyyət yönümlülük
 
	- Etibarlılıq
 
	- Dürüstlük
 
Əlavə məlumat:
	- Əmək haqqı razılaşma əsasında; 
 
	- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
 
	- İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
 
	- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
 
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
https://hr.mktcotton.com/az/job/gps+sistemlerine+texniki+destek+uzre+mutexessis+1?sources=Jobsearch.az