Mağaza direktoru

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 16.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

  • Mağazanın ümumi fəaliyyətini təşkil edir;
  • Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
  • Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir; 
  • Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
  • Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
  • Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
  • Xüsusi proqram vasitəsilə, işçilərin gündəlik davamiyyətinin qeydiyyatını aparır;
  • İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
  • Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
  • Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
  • Mağazanın rəflərində etiket, elan və qiymət bildirmə metodlarının düzgün və əksiksiz aparılmasını təmin edir;
  • Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə  nəzarət edir;
  • Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
  • Mağazanın sanitariya və gigiyena şərtlərinə uyğun olmasını təmin edir;
  • Mağazada oğurluq hadisələrinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirir;
  • Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.

Tələblər:

  • İdarəçi vəzifədə minimum 1 il, o cümlədən market sahəsində minimum 2 il iş stajı; 
  • Azərbaycan dili sərbəst, rus dili arzu olunandır;
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • İdarəçilik bacarıqları; 
  • Liderlik xüsusiyyətləri;
  • MS Office proqramlarını bilməli;                                                                                    
  • Satış texnikası və pərakəndə satış haqqında biliklərə malik olmalı.

Əmək şəraiti:

  • Altı günlük iş həftəsi;
  • Nahar təmin edilir;
  • Şirkətdaxili karyera inkişafı;
  • Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. 

https://glorri.com/bizimmarket/62667f0af201a3f50539a2f8-Ma%C4%9Faza%20direktoru?sources=JobSearch