Xərclər üzrə Nəzarətçi (Cost Controller)

  • Zeta Group
  • Elanın qoyulma tarixi: 16.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 20-40
  • Təhsil: Ali olması üstünlükdür. 
  • İş təcrübəsi: minimum 1 il iş təcrübəsi. (anbar-istehsal sahəsində olması üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan (əla), Rus və inglis dili bilikləri üstünlükdür
  • Kompyuter bilikləri: MS Excel (əla), 1С (işləmə məntiqi barədə anlayışı olan)

Şəxsi keyfiyyətlər:

  • Yüksək riyazi və məntiqi təfəkkür
  • Analiz etmə bacarığı
  • Dəqiqlik və diqqətlilik
  • Komandada işləmə bacarığı
  • Maliyyə hesabatçılıq qabiliyyəti

Əsas vəzifə öhdəlikləri:

  • Yeməkxanın satışlarının sistemə daxil edilməsi (1C ERP Sistem)
  • Xüsusi hazırlanmış cədvəldə aylıq xərclər üzrə hesabatın hazırlanması
  • Mətbəx və bar nöqtələrində satılan mallarının gündəlik yoxlanışı 
  • Həmin satışların proqram vasitəsilə restoran üzrə silinməsi
  • Yeməkxananın xərclər üzrə hesabatın gündəlik hazırlanması
  • İstifadəyə yararsız malların yoxlanılması, aktlaşdırılması və sistemdən silinmə əməliyyatın yerinə yetirilməsi
  • 1C ERP sistemində dövriyyənin yenilənməsinə nəzarət
  • Anbardan işçi yeməkxanasına istifadə edilən malların sistemə daxil edilməsi
  • Aylıq mətbəx və barların mal sayımında iştirak etmək və sayılmış malların sistemə daxil edilməsi 
  • Düzgün məhsul/xidmətlərin gözlənilən maya dəyəri ilə alındığından əmin olmaq üçün fakturaların təhlil edilməsi
  • Şirkət tərəfindən çəkilmiş bütün xərclərin təsdiq olunmuş Büdcə ilə bərabər olmasını yoxlamaq
  • Audit hesabatları da daxil olmaqla, Maliyyə şöbəsi tərəfindən verilmiş bütün aylıq maliyyə hesabatları, xərclər üzrə hesabat, büdcə və proqnozlaşdırma hesabatlarının düzgünlüyünə nəzarət etmək. Müntəzəm olaraq aylıq sınaq balansını gözdən keçirmək
  • Məhsulun vahid dəyərinin təhlilinə nəzarət etmək və xərclərin azaldılması ilə bağlı olan sahələri müəyyənləşdirmək və məsləhət vermək.

İş şərtləri:

  • İş vaxtı 09:00 - 18:00 (zərurət yarandıqda qeyri – iş vaxtı tapşırıqlar verilə bilər)
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir

Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)

İşəgötürənin reytinqi