İnformasiya təhlükəsizliyi üzrə kiçik mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 10.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzi̇fə və Öhdəli̇klər:

  • Şəbəkənin gündəlik monitorinqinin aparılması; 
  • İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi;
  • İnformasiya təhlükəsizliyinə aid alətlərin köməyi ilə (eləcədə digər imkanlar/addımlarla) şəbəkə, kompüter sistemləri, istifadəçilərin monitorinqi və təhdid doğurucu məqamların aşkarlanması;
  • İnformasiya təhlükəsizliyinə aid alətllərin köməyi ilə məlumat sistemlərinin təhdid doğurucu vəziyyətlərin aşkarlanması və hesabatın hazırlanması;
  • Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx işləmək;
  • Gündəlik olaraq infrastrukturda olan aktivliyin monitorinqi və “log”ların analizinin aparılması;
  • Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi.

Bi̇li̇k və Bacarıqlar:

  • İnformasiya Texnologiyaları sahəsi üzrə ali təhsil;
  • İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini əla, İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;
  • Əməliyyat sistemləri Windows Server, Windows, Linux üzrə biliklər;
  • Microsoft Office məhsulları və SQL proqramlaşdırma dili ilə işləmə bacarığı;
  • Windows Audit, Linux Audit, Microsoft Azure sistemləri ilə iş təcrübəsi;
  • Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlamaq (Firewall, korporativ antiviruslar, WAF, HIDS/HIPS, NIDS/NIPS, NGFW və s.);
  • Şəbəkə avadanlıqları, protokolları, portları, kriptoqrafiya və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
  • SIEM sistemləri ilə təcrübə;
  • Analitik düşüncə və stresə dözümlü olmaq bacarığı;
  • Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Səbrli və soyuqqanlı olmaq bacarığı.

Son müraciət tarixi: 08 iyul 2022.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

Email: [email protected]

İşəgötürənin reytinqi