Keyfiyyət idarəetmə sistemi üzrə baş mütəxəssis

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 08.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətdə, Keyfiyyət İdarəetmə Sistemləri sahəsində işlərin koordinasiyası və təşkili,
  • Lazım olan beynəlxalq standartlara (o cümlədən API Q1 9-cu nəşr/ ISO14001:2015 / ISO 9001:2015/ ISO 45001:2018/ ISO IEC 17025:2017/ ISO IEC 17020:2012) uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini inkişaf etdirmək və davamlılığını təmin etmək,
  • KİS proseslərinə uyğun prosedurların hazırlanmasında və təkmilləşdirilməsində iştirak,
  • KİS funksiyalarının monitorinqinin və təhlilinin həyata keçirilməsi, verilənlər əsasında sistemin təhlili və KİS-in effektivliyi barədə rəhbərliyə hesabatların verilməsi,
  • İllik daxili auditin planlaşdırılması və həyata keçirilməsi,
  • Auditlər zamanı aşkarlanan bütün uyğunsuzluqların effektiv şəkildə düzəldilməsini və müstəqil şəkildə yoxlanılmasını təmin etmək üçün audit proqramını idarə etmək,
  • Risklərin idarə edilməsi metodologiyası və Dəyişikliklərin İdarəolunması prosesləri ilə iş təcrübəsi,
  • Məhsul və proseslərin sertifikatlaşdırılması ilə bağlı iş təcrübəsi,
  • Keyfiyyət İdarəetmə Sistemlərinə dair performans göstəricillərinin (KPI) müəyyənləşdirilməsi və nəzarət edilməsi,
  • Strukturların idarəetmə sistemlərində təkmilləşdirmələr təklif etmək,

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il 
  • Təhsili/ixtisası: Ali təhsil  (Mühəndis)
  • Təlim və kurslar: ISO14001:2015 / ISO 9001:2015/ ISO 45001:2018/ ISO IEC 17025:2017/ ISO IEC 17020:2012) standartları üzrə təlimlər
  • Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə)
  • Dil bilikləri: İngilis dili biliyi irəli səviyyədə (Rus dili biliyi üstünlükdür)
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

  • Struktur: Mərkəzi sənaye və inşaat məhsullarının sınaq laboratoriyası
  • İş rejimi: 5 gün 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Keyfiyyət idarəetmə sistemi üzrə baş mütəxəssis" başlığı altında [email protected]  e-mail ünvanına göndərmələri xahiş olunur