SƏTƏM üzrə mühəndis

İşin təsviri

İş yeri: Nargiz Mall Baş Ofis

İş vaxtı: 5 günlük (həftədə 40 saat), Şənbə - Bazar istirahət günləri.

Namizədə dair tələblər:

  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Ali təhsil (müvafiq sahə üzrə);
  • SƏTƏM üzrə müvafiq sertifikatlar;
  • MS office proqramlarında işləmə bacarığı;
  • SƏTƏM üzrə beynəlxalq standartları və yerli qanunvericiliyin tələblərini bilmək

Üstünlük verilir:

  • İngilis dili biliyi;
  • Beynəlxalq standartlar üzrə biliklər: ISO 9001:2015, ISO 14001:2004 və OHSAS 18001-2007 Occupational Health and Safety Management Systems (ISO 45001-2018)
  • Oracle üzrə təcrübə
  • Ratail sahəsi üzrə təcrübə

Vəzifə funksiyaları:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi;
  • Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi;
  • Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili;
  • İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi;
  • İşlə əlaqədar xəsarətlər, zədələnmə və xəstəliklər üzrə önləyici tədbirlərin görülməsi;
  • Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi;
  • İlkin yardımın əsasları, ilkin xilasətmə üzrə təlimatların keçirilməsi;
  • Materialların Təhlükəsizliyi barədə Məlumat Vərəqələrinin hazırlanması (MSDS);
  • Ətraf mühitin, tullantıların idarəedilməsi;
  • İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamaların (inspeksiyaların) aparılması;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması;
  • Avadanlıqların, binaların, qurğuların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması;
  • İşə qəbul olunanlarla giriş təlimatının aparılması, SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsi;
  • Tibbi müayinədən keçirilməsinə ehtiyayc olan işçilərin periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi;
  • İş yerlərinin attestasiyası prosesinin təşkili və idarəedilməsi;
  • Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsi.

CV-lərinizi mövzu hissəsinə “SƏTƏM üzrə mühəndis” qeyd etməklə [email protected] email ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi