İşin təsviri
Namizədə dair tələblər:
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Ali təhsil (müvafiq sahə üzrə);
- SƏTƏM üzrə müvafiq sertifikatlar;
- MS office proqramlarında işləmə bacarığı;
- SƏTƏM üzrə beynəlxalq standartları və yerli qanunvericiliyin tələblərini bilmək
Üstünlük verilir:
- İngilis dili biliyi;
- Beynəlxalq standartlar üzrə biliklər: ISO 9001:2015, ISO 14001:2004 və OHSAS 18001-2007 Occupational Health and Safety Management Systems (ISO 45001-2018)
- Oracle üzrə təcrübə
- Ratail sahəsi üzrə təcrübə
Vəzifə funksiyaları:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi;
- Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi;
- Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili;
- İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi;
- İşlə əlaqədar xəsarətlər, zədələnmə və xəstəliklər üzrə önləyici tədbirlərin görülməsi;
- Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi;
- İlkin yardımın əsasları, ilkin xilasətmə üzrə təlimatların keçirilməsi;
- Materialların Təhlükəsizliyi barədə Məlumat Vərəqələrinin hazırlanması (MSDS);
- Ətraf mühitin, tullantıların idarəedilməsi;
- İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamaların (inspeksiyaların) aparılması;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması;
- Avadanlıqların, binaların, qurğuların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması;
- İşə qəbul olunanlarla giriş təlimatının aparılması, SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsi;
- Tibbi müayinədən keçirilməsinə ehtiyayc olan işçilərin periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi;
- İş yerlərinin attestasiyası prosesinin təşkili və idarəedilməsi;
- Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsi.
CV-lərinizi mövzu hissəsinə “SƏTƏM üzrə mühəndis” qeyd etməklə email ünvanına göndərə bilərsiniz