Tibbi satış nümayəndəsi

İşin təsviri

Vəzifə:

  • Şirkətin dərman məhsullarını təqdim etmək
  • Bazar təhlili aparmaq
  • Satış dinamikasını izləmək
  • Fəaliyyət planı tərtib  edərək həyata keçirmək və elektron sistemdə qeydiyyat aparmaq
  • Maarifləndirici tədbirlər, sosial layihələrin həyata keçirilməsində iştirak etmək

 Namizədə tələblər:

  • İş təcrübəsi: əczaçılıq biznesində satış sistemində ən azı 3 il
  • Ali tibbi və ya əczaçılıq təhsili olanlara üstünlük verilir;
  • Microsoft Office proqramları biliyi – yaxşı (Word, Excel, Power Point);
  • Azərbaycan dili əla, Rus dili arzuolunandır;
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Sürücülük vəsiqəsi - B kateqoriyası.

İş şəraiti:

  • I-V günlər, 8 saatlıq iş rejimi
  • Şirkət daxil təlim və inkişaf imkanları
  • Şirkət avtomobili
  • Mobil xərclərin qarşılanması
  • Sınaq müddətindən sonra könüllü tibbi sığorta

CV-lərinizi məktubun mövzu hissəsində “Tibbi satış nümayəndəsi” qeyd etməklə  30.06.2022 tarixinədək göndərməyinizi xahiş edirik.

Email: [email protected]