Texniki işlər üzrə mütəxəssis

  • Massi
  • Elanın qoyulma tarixi: 07.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin balansında olan nəqliyyat vasitələrini idarə etmək.
  • Servisdə olan avtomobillərdən xəbərdar olmaq.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək.
  • Texniki işlərlə bağlı zənglərin cavablandırılması və icra edilməsi.
  • Avtonəqliyyat vasitələrinə mütəmadi texniki baxışlar keçirmək, müştərilərə təhvil verilməli olan avtomobillərin texniki hazırlığını təmin etmək. 
  • Tələb olunan namizəd gülərüz və kollektivə tez uyğunlaşan, intizamlı, məsuliyyətli qabiliyyətlərə malik olmalı, avtomobilləri təmir üçün servislərə aparmalı və təmir prossesinə nəzarət etməlidir.

Namizədlərə tələblər:

  • Müvafiq sahədə iş təcrübəsi (sürücü və ya texniki işlər üzrə mütəxəssis).
  • Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı.
  • Sürücülük vəsiqəsi mütləqdir. 
  • Səlis danışıq qabiliyyəti. 
  • Yaş həddi: 25-45.
  • Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilmək.

İş şəraiti:

  • Stabil iş  
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Əmək haqqı – 600
  • Korporativ nömrə ilə təmin ediləcək 
  • İş rejimi: 09:30-dan 18:30-dək (həftədə 1 gün istirahət, qrafik üzrə)

İş yeri:  Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus

Xahiş olunur namizədlər CV-sini “Texniki işlər üzrə mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərsinlər.