İşin təsviri
Vəzifə öhdəlikləri:
- Pambıq İstehsalına Nəzarət Şöbəsinin rəisi tərəfindən tələb olunan sifarişlərin vaxtında və keyfiyyətli icra öhdəliyi;
- Müəssisədə mexanizasiya işlərinin təşkili, idarəedilməsi, nəzarət edilməsi və hesabatlılığın aparılması;
- Müəssisənin avtopark sahəsinin idarəedilməsi, texnikaların saxlanc sisteminin təşkili,
- Texnikalardan istifadənin optimallaşdırlması, illik texnoloji xəritənin tərtibi və təkmilləşmə ilə bağlı təkliflərin verilməsi;
- Texnikaların əsaslı və cari təmir planlarının hazırlanması və icrasına nəzarət.
- Təmir xərclərin optimallaşdırmasına nəzarət;
- Tabeçiliytində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
- Mexanizasiya şöbəsinin davamlı fəaliyyəti üçün vacib olan ehtiyat hissə, material və s. üçün təchizat planının hazırlanması və proseslərə nəzarət;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər:
- Ali təhsil ( Texniki sahəyə uyğun).
- Uyğun sahədə minimum 3-5 il iş təcrübəsi.
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
- Güclü analitik, məntiqi düşünmə, liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları
- MS Office (Word, Excel )
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
https://hr.mktcotton.com/job/qaraj-mudiri-berde-1?sources=jobsearch.az