Konstruktor (Masallı ş.)

  • Embawood
  • Elanın qoyulma tarixi: 16.01.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri  : Masallı, Azərbaycan
Vəzifə adı:   Konstruktor
Iş qrafiki :    5 günlük / saat 09:00 – 18:00

Işin təsviri :

Yeni məhsulun texniki cizgisinin (çertyojunun) hazırlanması
Detalların texniki cizgilərinin hazırlanması
Mebel konstruksiyalarının hazırlanması
Mövcud məhsullarda konstruktiv dəyişikliklərin aparılması
Təsdiq olunmuş prototipin istehsala hazırlanması

Tələblər  :

- Ali təhsil;
- "AutoCad" proqramında işləmə bacarığı;
- "MS Office"-də işləmə bacarığı;
- Qrupla işləmə bacarığı;
- Özünü təqdim etmə və uğurlu ünsiyyət qurma bacarığı;
- Ezamiyyətə getmək;
- Ətraf rayonlardan olan namizədlərin işə gəlişi üçün şərait yaradılır.

Yaş həddi:       25-35 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ” Konstruktor “ qeyd edib bu ünvana göndərəsiniz  [email protected]

 

İşəgötürənin reytinqi