Satış üzrə məsləhətçi/Satıcı-kassir/Mağaza meneceri (Sumqayıt)

  • Libraff
  • Elanın qoyulma tarixi: 02.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi tələblər:

  • Satış sahəsində azı 6 ay iş təcrübəsi;
  • Ali təhsil arzuolunandır;
  • Beynəlxalq və yerli nəşrlər, eləcə də müəlliflər barədə məlumatlı olmaq;
  • Satış prinsipləri və texnikaları sahəsində baza biliklərinə sahib olmaq;
  • Müştəriyönümlülük, yüksək müştəri xidməti bacarığı;
  • Yaxşı şifahi və yazılı ünsiyyət qurmaq bacarığı; 
  • Detallara diqqət yetirmək bacarığı;  
  • Mükəmməl Azərbaycan, yaxşı səviyyədə ingilis və rus dili bacarığı;
  • MS Ofis (Word, PowerPoint, Excel) kompüter proqramlarından orta səviyyədə istifadə bacarığı.

Mağaza meneceri vəzifəsi üçün əlavə tələblər:

  • Menecer vəzifəsində azı 1 (bir) il iş təcrübəsi;
  • Ali təhsil;
  • Yüksək idarəçilik qabiliyyəti;
  • Yaranan problemləri vaxtında həll etmək bacarığı;
  • Yüksək təşkilati bacarıqlar və iş prosesində məsuliyyət;
  • İşgüzar davranış etikası

Biz nə vəd edirik?

  • Növbəli həftəlik 40 saatlıq iş qrafiki
  • Vaxtında ödənilən əmək haqqı
  • Mağaza məhsullarına endirim
  • Gənc mehriban komanda .

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və şəhərin adını qeyd etmək tövsiyyə olunur.

Email: [email protected]

İşəgötürənin reytinqi