Hesabatlıq üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud proqram təminatlarının məlumat bazalarından istifadə edərək aqrar analizlərin aparılması və hesabatların hazırlanması;
  • Mövsüm boyu görülmüş aqrotexniki işlərin analizlərinin aparılması, hesabatların çıxarılması;
  • Mövsüm boyunca fermerlərin sahələrində istifadə edilən dərman, çiyid, gübrə hesabatlarının çıxarılması;
  • Filiallar və innovasiyalar üzrə müqavilə bağlanması, şum, səpin, bitiş, becərmə, dərmanlama, suvarma məlumatlarının, eyni zamanda fermerlərə verilmiş avansların təyinatlarının hesabatının hazırlanması və rəhbərliyə bildirilməsi.
  • Şöbə rəisinin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • MS ofis proqramlarını yüksək səviyyədə bilməli;
  • Data analizi haqqında məlumatlı olmalı;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etməli;
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamalı.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/hesabatliq+uzre+mutexessis+1?sources=Jobsearch.az

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar