Laborant

  • AzerFloat
  • Elanın qoyulma tarixi: 30.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azerfloat  komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

İş yeri: Azerfloat QSC Sumqayıt ofisi

Vəzifə öhdəlikləri:

  • Təchiz olunmuş xammalın (qum, soda, dolomit və s.) tərkibindən nümunələr götürülməsi;
  • Götürülmüş xammal nümunələrinin laboratoriyanın anbarında saxlanılmasının təmin edilməsi;
  • Xammalın təyinatı üzrə laboratoriya avadanlıqlarından istifadə etməklə fiziki-kimyəvi analizlərinin aparılması;
  • Əldə olunmuş analiz nəticələri barədə aktların tərtib edilməsi;
  • Xammal və şüşə şıxtasından alınan analiz nəticələrinin məlumatlarının kompüterə daxil edilməsi və məlumatların verilənlər bazasında saxlanılmasının təmin edilməsi;
  • Sahə ilə bağlı cədvəl və qrafiklərinin hazırlanması;
  • Təyinatı üzrə tələb olunan texniki sənədləşmənin (gündəlik elektron jurnal və s.) aparılması;
  • İstifadə olunan laboratoriya avadanlıqlarının düzgün istismarının və saxlanılmasının təmin edilməsi;
  • Laboratoriya üçün lazım olan avadanlıqlar, cihazlar, materiallar, kimyəvi reaktivlər haqqında sifarişlərin verilməsi;

 Tələblər:

  • Texniki-təhsil (natamam-ali);
  • Tədqiq və ya sintez edilən maddələrin kimyəvi xassələrini bilmək;
  • Maddələrin kimyəvi və fiziki analiz üsullarını bilmək;
  • Laboratoriya avadanlığının və nəzarət-ölçü aparatlarının istismar qaydalarını bilmək;
  • Nəzarət-ölçü cihazları ilə işləyə bilmək;
  • Müvafiq vəzifədə istehsalat müəssisələrində minimum 1 il iş təcrübəsi;
  • MS Office; 
  • SAP (üstünlük verilir)
  • Azərbaycan dili (əla) Rus dili (əla), İngilis dili (yaxşı);

Xüsusi bacarıqlar:

  • Komandada işləmək və işi təşkil etmə bacarığı;
  • Analitik və tənqidi düşünmə bacarığı;
  • Detallara diqqət yetirə bilmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Etibarlılıq və dürüstlük;

İş şəraiti:

  • İş qrafiki: 5 günlük/ növbəli;
  • Tibbi sığorta;
  • Nahar;
  • 20 Yanvar dairəsindən servis
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Mövzü yerinə vəzifənin adını yazıb e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Email: [email protected]