Mağaza Müdiri

İşin təsviri

Namizədə dair tələblər:

  • Kompüter bilikləri: MS Office
  • İş təcrübəsi: Mağaza müdiri kimi 1 il

Vəzifə öhdəlikləri:

  • Anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına nəzarət etmək
  • Market personalının işə davamiyyətinə nəzarət etmək, tabeldə iş günləri, vəzifə və qrafik dəyişikliyi ilə bağlı müvafiq qeydlər aparmaq
  • İnkassasiya prosesini təşkil etmək, akt əsasında Pos-kassalardan inkassasiya əməliyyatı üçün pulları toplamaq və inkassatora müvafiq sənədlər əsasında təhvil vermək
  • Mal qəbulu əməliyyatlarını həyata keçirmək, mal qəbulu zamanı baş vermiş problemlərin (malın qəbul edilməməsi, sistem xətası və s.) həlli üçün müvafiq strukturlara müraciətlər etmək
  • Satış zamanı alınan məhsulun qaytarılma və ya dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət etmək
  • Market avadanlıqlarında baş verən problemlərin həlli üçün müvafiq struktur bölməsinə müraciət etmək və həll edilməsinə nəzarət etmək
  • Müştəri məmnuniyyətinin təmin edilməsi üçün personalın daim hazırlıqlı olmasına çalışmaq
  • Tabeliyində çalışan işçilərin vaxtında və düzgün dəyərləndirilməsi və qiymətləndirilməsi üçün Bölgə müdiri və lazım gəldikdə Satış müdirinə təkliflər vermək və s.

Əlavə təminatlar:  Korporativ nömrə;

İş qrafiki: Növbəli iş qrafiki

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mağaza Müdiri " yazaraq göndərmələri xahiş olunur.

Email: [email protected]

İşəgötürənin reytinqi