Protokol şöbəsinin böyük mütəxəssisi

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 25.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İdarə heyətinin sədri tərəfindən keçirilən müşavirələri, iclasları, görüşləri və rəsmi qəbulları protokol qaydalarına, habelə qəbul olunmuş beynəlxalq təcrübəyə və milli adət-ənənələrə əsaslanaraq təşkil etmək;
  • İdarə heyətinin sədrinin iştirak etdiyi tədbirlərə və getdiyi səfərlərə hazırlıq işlərinin görülməsini təmin etmək və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətini həyata keçirmək;
  • Qonaqların qarşılanmasını, müşayiət olunmasını, yola salınmasını, qonaqların əyləşməsi və masa düzülüşünü ümumi qəbul olunmuş protokol qaydalarına uyğun olaraq həyata keçirmək;
  • Qurumun fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri  həll  etmək;
  • Qurumun adından protokol yazışmalarının layihələrini hazırlamaq və digər protokol-təşkilati məsələlərin həllini təmin etmək;
  • Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada müraciətləri cavablandırmaq.

Tələblər:

  • Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, hüquq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Səlis Azərbaycan dili, mükəmməl səviyyədə ingilis və ya rus dili biliyi
  • Mükəmməl səviyyədə MS office proqramlarından istifadə bacarığı
  • İşgüzar yazışmaların aparılması bacarığı
  • Planlama və təşkiletmə bacarığı
  • Təqdimetmə bacarığı
  • Ünsiyyət bacarığı
  • Problem həll etmə bacarığı

Digər:

  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
  • İstirahət günləri: Şənbə və bazar günləri
  • Vakansiya üzrə müraciətin son tarixi: 03.06.2022

Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxil olaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Protokol şöbəsinin böyük mütəxəssisi) qeyd edin.