Backend Developer üzrə Məsləhətçi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Texniki sahə üzrə təhsil arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Səmərəli və anlaşılan kod yazmaq bacarığının olması;
  • Analitik düşüncə, yeni texnologiyalardan öyrənib, tətbiq etmək bacarığının olması;
  • Komputer Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklərin olması.

Tələb olunan texniki bacarıqlar:

  • C# OOP, Asp.Net MVC, Net Framework, Net Core texnologiyaları üzrə əsaslı bilik və təcrübənin olması;
  • TSql, PL/Sql dilləri üzrə əsaslı bilik və təcrübənin olması;
  • HTML5, CSS3, Javascript, Ajax, Angular istifadəsi və biliyinin olması;
  • REST və SOAP servislər üzrə biliklərin olması;
  • GİT-lə işləmə təcrübəsi (yaranan konfliktləri problemsiz şəkildə həll etmək).

Görəcəyiniz işlər:

  • Agentliyin prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
  • Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
  • Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiq metodlarını seçmək;
  • Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarını tərtib etmək və manual şəklində saxlamaq.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 26.06.2022-ci il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.