Sürücü

  • Fairmont
  • Elanın qoyulma tarixi: 09.01.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə:   Sürücü
Kimə məruzə edir:  Baş direktor

VƏZİFƏ BORCLARI:
Əməkdaşlarımıza və Qonaqlarımıza hər dəfə sürücülük xidmətləri göstərdiyi Sürücü, daima onlara qarşı mehriban və son dərəcə səmimi bir münasibət nümayiş etdirməlidir. Sürücü hər bir Qonağın təhlükəsizliyinin, ona keyfiyyətli xidmət təqdim edilməsini və rahatlığının təmin edilməsinə görə məsuliyyət daşıyır.

• Davamlı şəkildə peşəkar, dostcasına və cəzbedici xidmət təklif etmək
• Baş Direktorun qərarına müvafiq olaraq, avtomobil ilə Otelin işçilərini və qonaqları aparıb-gətirmək.
• İş qrafikini kordinasiya etmək üçün İcraedici Ofis ilə əməkdaşlıq etmək.
• Həmkarlara fəaliyyət ilə bağlı istiqamət verən zaman, öz dəstəyini yardımsevər bir şəkildə nümayiş etdirmək.
• Şöbənin siyasət, təlimat və xidməti standartlarına riayət etmək
• Şirkət və işçi heyət ilə bağlı məlumatların məxfiliyini qoruyub saxlamaq. 
• Sürücülük ilə heç bir əlaqəsi olmayan məsələ və ya məlumatlar ilə bağlı məxfiliyin qorunub saxlanmasını təmin etmək.
• Bütün təhlükəsizlik qaydalarına əməl etmək
• Digər mümkün vəzifələri yerinə yetirmək

TƏLƏBLƏR:
• Sürücü kimi əvvəlki iş təcrübəsinə malik olmaq.
• Sürücülük vəsiqəsinə malik olmaq.
• Bazar ertəsi – cümə günləri səhər  7:30-dan axşam 7:30-dək iş saatı
• Şənbə günü səhər 7:30-dan axşam 6:00-dək  iş saatı
• Gecə saat 00:00-dan səhər  saat 6:00-a dək ikiqat saat hesabı əlavə ödəniş, digər saatlarda isə birqat əlavə ödəniş
• Sürücüyə sadəcə ofis məqsədləri üçün istifadə edilmiş yanacağın məbləği ödəniləcək
• Sürücü öz şəxsi maşını ilə (yalnız Jeep) fəaliyyət göstərməli
• İngilis (orta səviyyə) və Rus/Azərbaycan dillərində ünsiyyət qabiliyyəti 
• Mükəmməl ünsiyyət və peşəkarcasına təqdim etmə qabiliyyətinə malik olmaq
• Ətrafdakılarla münasibət qurmaq, mütəşəkkil olmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
• Son dərəcə məsuliyyətli və etibarlı biri olmaq.
• Dəyişkən iş mühitində təzyiq altında çalışmaq və hər zaman səbr və təmkinliyini qoruyub saxlamaq. 
• Həmkarlarla sıx əməkdaşlıq münasibtələrində çalışmaq.

Maraqlanan namizədlər [email protected] e-mail ünvanına CV göndərərək işə müraciət edə bilərlər.