SƏTƏM mühəndisi

  • Noble-N MMC
  • Elanın qoyulma tarixi: 24.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Müvafiq sahədə  3  il iş təcrübəsi;
  • MS office proqramlarında işləmə bacarığı;
  • İş planlama ,təşkil etmə və  idarəetmə bacarığı;
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyət;
  • Ünsiyyətcil və danışıq aparmaq bacarığı;
  • Komanda daxilində işləmək bacarığı;

İş barədə məlumat:

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda tətbiq etmək və həyata keçirmək;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək:
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək və təkliflər vermək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək və tətbiq etmək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək, uyğunsuzluqlarla bağlı tədbirlər planı hazırlayaraq uyğun vəziyyətə gətirilməsini təşkil etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi ilə bağlı mütəmadi və planlı təlim verməli, işçilərin təlim sonrası bilgi səviyyəsi yoxlanılmalı və meydana çıxan məlumatsızlıq olarsa aradan qaldırılmasına köməklik etmək;
  • Müvafiq peşələri icra edən işçilərin qanunvericiliyin tələbi üzrə sertifikatlaşmasını təmin etmək;
  • Qulluqçuların, mühəndislərin və texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir, bilgi səviyyəsinin yüksəldilməsinə dair planlı işlər görmək;
  • İstehsalatda xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirləri həyata keçirmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq (vəzifənin tələbinə uyğun qaydada) hesabat aparmaq;
  • Əməyin mühafizəsi üzrə mövcud prosedurların effektivliyini qiymətləndirmək müvafiq qanunvericiliyin və müəssisənin tələbləri haqqında işçiləri məlumatlandırmaq;
  • İşçilərin tibbi müayinədən keçirilmə perioduna nəzarət etməli və periodik tibbi müayinəyə yönləndirilməsini təmin etmək;
  • Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalarla statistik hesabatların hazırlanmasını təmin etmək və standartın tələbinə uyğun işin qurulmasını təmin etmək;
  • İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlər və təlimlər həyata keçirməli;
  • Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • Əməyin təhlükəsizliyi üçün qanunvericiliyin normaları və qaydalarına uyğun təlim planının hazırlanması və tətbiq edilməsini həyata keçirmək;
  • Səs-küy səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, havalandırma, soyutmanın, isitmənin,  nəmişlik və başqa istehsal faktorlarının ölüçlməsi və normaya uyğunluğunun periodik təyin edilməsini icra etmək;
  • Müəssisədə əməyin təhlükəsiliyi üçün ayrılmış vəsaitin düzgün və zəruri istiqamətlərdə xərclənməsi məqsədli plan və təkliflərin hazırlanaraq təqdim edilməsini həyata keçirmək.

CV-ləri SƏTƏM mühəndisi mövzusu ilə göndərə bilərsiniz.

Email: [email protected]