Noble-N MMC


"Noble" şirkəti müasir Azərbaycanın sürətli inkişafının yetirməsidir.
Azərbaycan vətəndaşlarının rifahının mühüm şəkildə artması lüks sinifli məhsullara, o cümlədən kişi geyimləri və aksesuarlarına tələbatın formalaşmasına və artmasına səbəb olmuşdur. Bu tendensiyaya uyğun olaraq 1996-cı ildən başlayaraq 1999-ci ildə qurulan "Noble" şirkətinin təsisçiləri də öz biznes-planlarını həyata keçirirdilər.
Fəaliyyətinin ilk illəri ərzində şirkət İtaliyanın, Fransanın, Almaniyanın brendlərini təqdim edən çox-brendli kişi geyimləri və aksesuarları butiklərindən dünyada tanınmış italyan brendlərinin tək-brendli butiklərinə kimi yol keçmişdir. Beləliklə 2004-2008-ci illər ərzində Stefano Ricci, Brioni, Canali, Artioli butikləri açılmışdır.
Brendlərin seçilməsi və onların pərakəndə satışının Azərbaycandakı inkişafında "Noble" şirkəti yeganə prinsipial şərtə əhəmiyyət verir – butiklərdə bütün təqdim edilən mallar yalnız İtaliyada istehsal olunur.
Lüks sinifli malların italyan istehsalçıları haqqında ətraflı biliklərə malik olaraq, "Noble" şirkəti Umberto Bilancioni, Hettabretz, Castello D`Oro, Rossini kimi məşhur italyan brendləri ilə əməkdaşlığa başlayır.
Formalaşan müştəri bazasını rəhbər tutaraq "Noble" şirkəti 2008-ci ildən başlayaraq ev üçün eksklüziv malların sektorunu inkişaf etdirməyə başladı.
Şirkət servizlərin, büllurun və masa ləvazimatlarının Britaniyalı istehsalçısı De Lamerie şirkəti ilə eksklüziv əməkdaşlığa start verir. Bundan sonra dünyaca məşhur olar Faberge brendinin təchizatçısı olan gümüş məmulatların istehsalçısı Braqanti italyan brendi ilə tərəfdaşlıq imzalanır.
"Noble" şirkətinin biznes planlarında satış səmərəliyinin artırılması üçün bütün brendlərin birləşdirici amil altında toplanması zəruriyyəti daha aşkar görsənir.
Bu zəruriyyətin nəticəsində "Noble" şirkəti 2013-cü ilin noyabrında Bakıda Üzeyir Hacıbəyov küçəsində flaqman butiklərinin yeni kompleksinin açılışı həyata keçirilmişdir.
Yeni kompleks Bakı sakinlərinin və qonaqların diqqətini öz gözəlliyi, kübar mühiti və unikallığı ilə dərhal cəlb edən satış mərkəzlərindən biridir.
"Noble" şirkətinin biznes planlarına həm bu kompleksin gələcək inkişafı, həm də Azərbaycan iqtisadiyyatının digər sahələrində fəaliyyətin genişləndirilməsi daxildir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?