İşin təsviri
İş haqqında məlumat:
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və düzgün məlumat vermək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.
Namizədə olan tələblər:
- Dürüstlük, dəqiqlik və satış qabiliyyəti;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Çevik, aktiv, gülərüz və məsuliyyətli;
- Müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
- 6 günlük növbəli iş qrafiki;
- Şirkət hesabına nahar;
- Əmək haqqı 343 AZN + bonus;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəlişi imkanı.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
https://glorri.com/bizimmarket/62026c72e552b4849072b9c6-Sat%C4%B1%C5%9F%20m%C9%99sl%C9%99h%C9%99t%C3%A7isi%20(Novas%20Home)?sources=jobsearch