Aparıcı İqtisadçı

  • Oil Company
  • Elanın qoyulma tarixi: 23.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Şirkətin portfelinin maliyyə modelinin hazırlanması və onun daimi dəstəklənməsi;
  • Mövcud aktivlərə və yeni bizneslərə investisiya qoyuluşu üçün tövsiyələrin hazırlanması, aktivlərin çıxarılması və qaytarılması, icrasına nəzarət edilməsi;
  • Uzunmüddətli kapital bölgüsü planı və illik investisiya planı üçün ümumi tövsiyələrin hazırlanması;
  • Maliyyələşdirmə strukturunun dəyişdirilməsi ilə bağlı tövsiyələr, icraya nəzarət edilməsi;
  • Şirkətin ümumi portfelinə daxil olan layihələrin təhlilində və qərarların qəbulunda iştirak edilməsi.

 

Performans üzrə analitik

Vəzifə funksiyaları:

  • Şirkət və onun bölmələri üçün illik və uzunmüddətli KPI-lərin müəyyən edilməsi;
  • Norma və uğur göstəricilərinin müəyyən edilməsi;
  • KPI məlumatlarının toplanması və təhlilinin əlaqələndirilməsi;
  • Şirkət rəhbərliyi üçün aralıq və illik fəaliyyət hesabatlarının (plan/fakt) hazırlanması;
  • Səmərəliliyin vaxtaşırı nəzərdən keçirilməsi, aralıq müdaxilələr üzrə şirkət rəhbərliyinə tövsiyələrin verilməsi;
  • Tövsiyələrin icrasına nəzarət;
  • Əsas KPI-lar üzrə hesabatların Şirkətin rəhbərliyinə verilməsi və aktivlər üzrə tövsiyələrinə əməl olunmasını dəstəklənməsi.

 

İnvestisiyalar üzrə analitik

 

Vəzifə funksiyaları:

  • Qrup strateji planının təhlili və ondan irəli gələn investisiya strategiyalarının hazırlanması;
  • Detallı maliyyə modelləri qurmaqla müxtəlif investisiya fürsətlərinin və kapital qoyuluşu layihələrinin təhlil edilməsi;
  • Qrup şirkətləri tərəfindən təqdim edilən investisiya tezisləri, qiymətləndirmə modelləri, layihə planları və investisiya memorandumlarının yoxlanılması və daxili prosedurlara uyğunluğunun təmin edilməsi;
  • Layihələrin prioritetləşdirilməsi və kapital qoyuluşu büdcələrinin tərtib edilməsi;
  • Mümkün şirkət alışı və birləşmələri (M&A) layihələri çərçivəsində audit (due diligence) prosesinin təşkil edilməsi;
  • İnvestisiya mövzusunda təqdimatların, investisiya tövsiyyə yazılarının və memorandumların hazırlanması və müzakirələrdə iştirak edilməsi;
  • Potensial tərəfdaşlarla müzakirələrin aparılması, PSA sazişlərinin investisiya prizmasından dəyərləndirilməsi üzrə tapşırıqların icra edilməsi;
  • Qrup şirkətlərinin biznes planlarının təhlili və təkliflərin verilməsi.

 

Email: [email protected]