Mühasibatlıq şöbəsində təcrübəçi

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 23.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblərimiz:

  • Müvafiq sahə üzrə bakalavr təhsili  
  • Mühasibat uçotu üzrə ilkin biliklərin olması arzu olunandır 
  • Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı  
  • 1C proqramı üzrə ən azı baza biliklərin olması arzuolunandır 
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (rus dili biliyi üstünlükdür)
  • Məsuliyyət, düzgünlük, dəqiqlilik, etibarlılıq və analitik düşüncə kimi müsbət keyfiyyətlər

Əsas öhdəliklər:

  • Vergi və mühasibat uçotunun aparılması; 
  • Satış əməliyyatlarının ilkin məlumatlara əsasən yoxlanılması; 
  • Əməliyyatların 1C proqramında işlənməsi; 
  • Vergi elektron Qaimələrin yazılması; 
  • Bank və kassa əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi; 
  • Anbar qalıqlarının yoxlanılması; 
  • Baş mühasib tərəfindən təyin edilən digər tapşırıqların icrası.

İş şəraiti:

  • İş saatları (həftədə 40 saat): Bazar Ertəsi – Cümə günü, saat 10:00-19:00
  • AR Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmləşdirilmə
  • İl ərzində 21 gün ödənişli məzuniyyət hüququ
  • Əmək haqqı 350 manat (NET)

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun mövzu sətrində “Mühasibatlıq şöbəsində təcrübəçi” qeyd etməklə elektron poçt ünvanına göndərəsiniz.  

Son tarix – 31 may 2022-ci il. 

Email: [email protected]

İşəgötürənin reytinqi