Qrup rəhbəri

  • Ambiens MMC
  • Elanın qoyulma tarixi: 23.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

  • Komandanı idarə etmək, iş planı hazırlamaq, razılaşdırılmış hədəflərə çatmaqdan məsuldur
  • İllik planın qurulmasında kömək göstərmək, xüsusən: hər bir məhsul və ərazi üçün real proqnozlar (tarixi məlumatlar, bazar tendensiyaları, rəqabətçi fəaliyyət, reklam strategiyası əsasında), və proqram planlaşdırılmasından məsuldur
  • Komandanın hər bir üzvü üçün məsuliyyətləri və performans standartlarını təsvir edən, ərazi satışları və komissiya hədəflərini təyin edən, komissiya planını idarə edən xüsusi bir qiymətləndirmə sistemini planlaşdırmaq və tətbiq etməkdən məsuldur
  • Tibbi nümayəndələrin konkret hədəflərə çatması üçün planlaşdırma, istiqamətləndirmə, təşkili və nəzarətindən məsuldur
  • Tibb nümayəndələrinin fəaliyyətini müntəzəm olaraq şəxsən daima izləməkdəm məsuldur

Namizədə tələblər:

  • Yaş: 27-45
  • Qeyd olunan vəzifə üzrə əczaçılıq biznesi sahəsində minimum 3 il iş təcrübəsinin olması
  • Mükəmməl mentorluq, məşqçilik və insanlara rəhbərlik bacarığının olması 
  • Detallara diqqətcil, planlaşdırma və təşkilatçılıq bacarığına malik, yüksək enerjili, məqsədyönlü olması
  • Azərbaycan və rus dillərini mükəmməl, İngilis dilini orta səviyyədə bilməsi (həm danışıq, həm də yazılı) 
  • MS Word, Excel, PowerPoint proqramlarının yaxşı səviyyədə bilməsi
  • Təhsil: Bakalavr səviyyəsinə malik olması. Satış, MBA olması üstünlükdür 
  • Ezamiyyət məhdudiyyəti olmamalıdır 

Şərtlər:

  • Maaş: 1500 – 2000 AZN , rəsmi, muqavilə əsasında
  • MBO/KPI bağlı bonus sistemi
  • Korporativ avtomobil
  • Korporativ mobil telefon
  • İş qrafiki həftə içi 5 gün (saat 9:00-dan 18:00-dək) 

Maraqlanan namizədlər CV-lərini e-poçt ünvanına göndərməlidir. 

Email: [email protected]