Android proqramçı

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 22.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat 

Görəcəyiniz işlər:

  • Dizayna uyğun olaraq mobil-app hazırlamaq və lazım gəldikdə texniki məslələri dizaynerlərə bildirmək;
  • Ən son proqramlaşdırma prinsiplərini və sənaye standardlarını tətbiq etmək;
  • Back-end proqramçılarla bərabər işləmək və API-ların inteqrasiyasını təmin etmək;
  • Unit və UI testəri yazmaq və avtomatlaşdırılmış testlərin işini təmin etmək;
  • Yeni ideyaların tətbiqinə fokuslanmaq, effektiv olmayan həllərin tətbiqindən uzaq durmaq.

Bizim üçün uyğun namizəd:

  • Müvafiq sahədə ən azı iki il iş stajına;
  • Android SDK, Android müxtəlif versiyaları və ekran ölçüləri ilə bağlı güclü biliklərə;
  • RESTFul APİ-ların mobil tətbiqdən back-end servislərə qoşulmasını təmin etmə bacarığına;
  • Android Uİ dizayn prinsipləri və praktikaları ilə bağlı biliklərə;
  • “Android memory management, threading” və performans optimizasiyası üzrə biliklərə;
  • Biznes tələblərini anlama və onu texniki tələblərə çevirmək bacarığına;
  • FCM üzrə biliklərə;
  • Git üzrə sərbəst işləmə bacarığına;
  • “Continuous integration” barədə məlumatlılığa;
  • Agile komandada işləmək təcrübəsinə (arzu olunandır);
  • Retrofit, Picasso və Glide kitabxanaları ilə işləmək qabiliyyətinə;
  • MVP və ya MVVM üzrə işləmək bacarığına;
  • Android Architecture Components üzrə biliklərə;
  • Kotlin və ya Java üzrə güclü biliklərə sahib olan şəxsdir

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

https://careers.abb-bank.az/

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi