Texniki müayinə mütəxəssisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 22.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

  • Aşağıdakı sahələr üzrə ali təhsili olmalı,
  1. Mexanika
  2. Avtomatika
  • Texniki müayinə sahəsində minimum 1 illik təcrübəyə sahib olmalı;
  • AutoCAD proqramından istifadə etməyi bacarmalı;
  • MS Office proqramından istifadə etməyi bacarmalı;
  • Lahiyələrin (texniki şərtlərini, texniki rəsmlərini, P&ID, PFD və s.) texniki parametrlərini oxumağı bacarmalı;
  • Mexaniki elementlərin istismarı və təmiri üçün istifadə kitabçalarını hazırlamağı bacarmalı;
  • Texniki təhlükəsizlik qaydaları haqqında məlumatlara sahib olmalı;
  • İngilis dili biliyi olanlara üstünlük veriləcəkdir.

Vəzifə təlimatı:

  • Avadanlıqların texniki cəhətdən düzgün istifadəsinə və tələb olunan səviyyədə saxlanılmasına nəzarət etməli;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etməli;
  • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmirini təşkil etməli;
  • Avadanlıqların sınaqdan keçirilməsi və yenidən quraşdırılmasında iştirak etməli;
  • Təmir işlərinin zamanında və keyfiyyətlə həyata keçirilməsinə, avadanlığın modernləşdirilməsi işinə texniki nəzarəti təşkil etməli;
  • Avadanlıqların təmirdən sonra test yoxlanışı həyata keçirməli;
  • Təmir işinin keyfiyyəti haqqında məlumatı məsul şəxslərə bildirməli;
  • Avadanlıqların işinin təkmilləşdirilməsi istiqamətində olan təkliflərə rəy verərək, onların tətbiqi üçün müvafiq addımlar atmalı;
  • İstehsalatda istifadə olunan avadanlıqlara texniki baxış həyata keçirtməlidir.

Əlavə məlumat:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Texniki müayinə üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi